18 August 2025
2025/07/29 - 18:40
View 55

İran İslam Respublikasının səfiri Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi ilə görüşüb.

İran İslam Respublikasının səfirinin Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi ilə görüşündə media sahəsində əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

 

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Müctəba Dəmirçilu ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə arasında keçirilən görüşdə iki ölkə arasında media sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

 

İran səfiri görüş zamanı sionist rejimin ölkəsinə qarşı təcavüzü ilə bağlı məlumat verərək, iki ölkənin media orqanları arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

 

Ayxan Hacızadə öz növbəsində, Azərbaycan ilə İran arasında dostluq münasibətlərinin inkişafında maraqlı olduqlarını qeyd edərək, iki ölkənin Xarici İşlər Nazirliklərinin mətbuat xidmətləri arasında qarşılıqlı təmasların artırılmasını müsbət dəyərləndirib.

 

Görüş zamanı, həmçinin, media nümayəndə heyətlərinin qarşılıqlı səfərləri və xəbər agentlikləri arasında əməkdaşlığın genişləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb və ümumi razılıq əldə olunub.

متن دیدگاه
نظرات کاربران
تاکنون نظری ثبت نشده است