3 July 2025
2025/07/01 - 18:52

İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin Azərbaycan Respublikasının Prezidenti ilə görüşü

.

İranın yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu , 2025-cü il iyunun 27-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşüb. Görüş zamanı səfir etimadnaməsini dövlət başçısına təqdim edib və ikitərəfli münasibətlər, regional proseslər, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının Prezidenti səfiri təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Dövlət başçısı bildirib ki, Azərbaycan Respublikası İran İslam Respublikası ilə münasibətlərin inkişafında maraqlıdır və cənab Pəzeşkianın son Bakı səfəri zamanı iqtisadi sahələr başda olmaqla bir sıra mühüm razılaşmalar əldə olunub.

Prezident İlham Əliyev, sionist rejimin ölkəmizə qarşı həyata keçirdiyi hərbi təcavüz nəticəsində İran vətəndaşlarının şəhid olması ilə bağlı başsağlığı verərək bildirib ki, Azərbaycan Respublikası İrana qarşı hərbi əməliyyatları qətiyyətlə pisləyir və bu cür addımların qarşısını almaq üçün ölkəsinin ərazisi və hava məkanına tam nəzarət edir. O, əlavə edib ki, Azərbaycan Respublikasının ərazisindən İrana qarşı heç bir təhdid və ya hərbi əməliyyatın həyata keçirilməsinə indiyədək icazə verilməyib və bundan sonra da verilməyəcək.

Öz növbəsində, ölkəmizin səfiri İran İslam Respublikasının xarici siyasətində qonşularla dostluq və qarşılıqlı mənafelərə əsaslanan münasibətlərin inkişafının prioritet olduğunu vurğulayıb və bildirib ki, İran-Azərbaycan dostluq əlaqələrinin dərinləşməsi və inkişafı üçün bütün səylərini səfərbər edəcək.

Müctəba Dəmirçilu sionist rejimin ölkəmizə qarşı hərbi təcavüzünə toxunaraq, bu rejimin bölgədə gərginlik yaratmaq niyyətində olduğunu qeyd edib və ümidvar olduğunu bildirib ki, bölgə ölkələrinin ayıqlığı və əməkdaşlığı sayəsində bu məqsədlər iflasa uğrayacaq.

Görüş zamanı, həmçinin iki ölkə arasında regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsi, dövlət və özəl sektor nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili məsələləri də müzakirə olunub.

متن دیدگاه
نظرات کاربران
تاکنون نظری ثبت نشده است