Səfirin sözü

Mərhəmətli və Rəhmli Allahın adı ilə!

 

Əziz və hörmətli Azərbaycanlı qardaş və bacılar!

Ən səmimi salamlarımla, ilk öncə hər birinizə İran İslam Respublikasının Bakıdakı səfirliyinin internet səhifəsində xoş gəldin deyirəm.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri kimi iki dost, qardaş və qonşu ölkə arasında münasibətlərə xidmət etmək şərəfinə nail olmağım böyük məmnunluq və qürur mənbəyidir.

Azərbaycan Respublikası mənim üçün heç vaxt qürbət hissi yaşamadığım bir ölkədir. Bu ölkəyə gəldiyim andan məni hərarətli və səmimi qarşıladılar. Mən həqiqətən də özümü bacı-qardaşlarımın, qohumlarımın, dostlarımın və həmvətənlərimin arasında hiss edirəm. Tam səmimi deyirəm ki, dünyanın müxtəlif bölgələrində onlarla ölkəyə səfər etmiş biri kimi, Azərbaycan Respublikasında yaşadığım bu hissi heç vaxt başqa ölkələrdə yaşamamışam. Bu da təbiidir və iki ölkə və iki xalq arasında mövcud olan çoxsaylı ortaq cəhətlərə əsaslanır.

Əminəm ki, Uca Allahın lütfü və siz əzizlərin həmrəyliyi və dəstəyi ilə iki ölkə xalqları arasında daha da yaxınlaşmanın və ikitərəfli münasibətlərin inkişafının şahidi olacağıq.

Hörmət və ən xoş arzularla,

Müctəba Dəmirçilu