18 August 2025
2025/07/29 - 18:42
View 57

İran İslam Respublikasının səfirinin Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini ilə görüşü

.

 

İran İslam Respublikasının səfiri Müctəba Dəmirçilu ilə Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Araz Əzimov arasında keçirilən görüşdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, regional və beynəlxalq proseslər müzakirə olunub. Görüş zamanı İran-Azərbaycan münasibətlərinin dostluq və qardaşlıq əsasında inkişaf etdiyi bildirilib.

 

İran İslam Respublikasının səfiri, sionist rejimin ölkəsinə qarşı təcavüzünə toxunaraq, bu rejimin iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərini pozmağa yönəlmiş dağıdıcı fəaliyyətlərinə qarşı ayıq-sayıqlığın zəruriliyini qeyd edib.

 

Tərəflər qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın davam etdirilməsinin və münasibətlərin möhkəmləndirilməsinin zəruri olduğunu qeyd ediblər.

متن دیدگاه
نظرات کاربران
تاکنون نظری ثبت نشده است