18 August 2025
2025/07/30 - 18:53
View 52

İran İslam Respublikasının səfiri Azərbaycan Respublikasının Baş nazirinin müavini ilə görüşüb

.

 

İran İslam Respublikasının Azərbaycandakı səfiri Müctəba Dəmirçilu ilə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev arasında keçirilmiş görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlıqların son vəziyyəti müzakirə olunub.

 

Tərəflər ticarət, investisiya, nəqliyyat, energetika və infrastruktur layihələri üzrə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsini, eyni zamanda, əvvəlki sazişlərin icrası prosesinin sürətləndirilməsinin və iki ölkənin mövcud iqtisadi potensialından daha çox istifadə edilməsinin vacibliyini vurğulayıblar.

 

Görüşdə sərhəd əməkdaşlığının gücləndirilməsi, azad zonaların fəaliyyətinin asanlaşdırılması, əmtəə mübadiləsinin artırılması, o cümlədən nəqliyyat dəhlizləri, logistika mərkəzləri və sərhəd-keçid məntəqələri kimi ortaq infrastruktur layihələrinin tamamlanması məsələləri də diqqət mərkəzində olub.

متن دیدگاه
نظرات کاربران
تاکنون نظری ثبت نشده است