1 April 2025
2025/03/26 - 15:53

İran İslam Respublikası və Azərbaycan Respublikasının xarici işlər nazirləri arasında telefon danışığına dair mətbuat məlumatı

.

Ölkəmizin Xarici İşlər naziri Seyid Abbas Əraqçi ilə Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov, 12 mart 2025 də Azərbaycan tərəfinin təşəbbüsü ilə telefon danışığında ikitərəfli münasibətlər, regional məsələlər və bəzi digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı tərəflər iki ölkə arasında siyasi əlaqələrin inkişafını, o cümlədən enerji, tranzit, nəqliyyat, sərhəd məsələləri sahələrində əməkdaşlığın genişləndirilməsi, iki ölkə arasında imzalanmış sazişlərin və iqtisadi layihələrin həyata keçirilməsi ilə bağlı məsələləri xüsusi vurğulayıblar, habelə iki ölkənin yüksək səviyyəli rəsmilərinin gələcək səfərlərinin təşkilini müzakirə ediblər.

Ölkəmizin Xarici İşlər naziri telefon danışığı zamanı İran İslam Respublikasının mehriban qonşuluq siyasətinə əsaslanan yanaşmasının davam etdirilməsini və Azərbaycan Respublikası ilə müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsini vurğulayıb.

متن دیدگاه
نظرات کاربران
تاکنون نظری ثبت نشده است