1 April 2025
2025/02/06 - 17:31
View 125

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian ilə görüşüb

.

 

Görüş zamanı tərəflər arasında əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.

 

Ali Dini Rəhbərin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi cənab Əhmədian bu görüşdə iki ölkə arasında münasibətlərin zəruriliyinə toxunaraq deyib: “Biz Azərbaycanla bir bütün və iki doğma qardaşıq. Ona görə də dostluğu, qardaşlığı qorumaq və inkişaf etdirmək bizim borcumuzdur. Bizim səyimiz münasibətlərdə yaranan maneələri aradan qaldırmaqdır.”

 

Ali Milli Təhlükəsizlik Şurasının katibi cənab Əliyevlə Bakıya səfəri zamanı keçirdiyi xoş və mehriban görüşə və prezidentin yaxşı mövqelərinə toxunaraq bildirib: “Hər iki tərəfin düşmənləri və bədxahları İranla Azərbaycan arasında münasibətlərin dostcasına olmasını istəmirlər, bu səbəbdən iki ölkənin müdrikləri meydana daxil olmalı və bu təxribatçı atmosferə nəzarət etməlidirlər.”

 

Əhmədian Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə müxtəlif məsələlərlə bağlı əldə olunan razılaşmalara toxunaraq əlavə edib: “Bu razılaşmalar tam icra olunana qədər onlarla yaxından maraqlanılacaq.”

 

Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Azərbaycanın özünü İranın dostu və qardaşı hesab etdiyini bəyan edərək vurğulayıb: “İki ölkə arasında əlaqələr inkişaf edir. Xüsusən də Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə İlham Əliyevin görüşündən sonra Azərbaycandan İrana çoxsaylı rəsmilər səfər edib.” 

 

Hikmət Hacıyev daha sonra İran İslam Respublikası ilə əlaqələrin inkişafına sadiq olduqlarını vurğulayaraq deyib: “Heç bir xarici ölkə bu münasibətləri poza bilməz.”

 

 

ــــــــــــــــــــــــــــــــــــــــــــــــ

متن دیدگاه
نظرات کاربران
تاکنون نظری ثبت نشده است