26 November 2025
2025/11/13 - 16:12
View 51

İran nümayəndəsinin CICA 2025 Gənclər Şurasında qazandığı uğura dair səfirliyin təbrik mesajı

.

İran nümayəndəsinin CICA 2025 Gənclər Şurasında qazandığı uğura dair səfirliyin təbrik mesajı

Azərbaycan Respublikasında fəaliyyət göstərən İran İslam Respublikasının Səfirliyi, ölkəmizin layiqli nümayəndəsi, Tehran Universitetinin Beynəlxalq Münasibətlər ixtisası üzrə magistrantı Cənab Behruz Kianinin Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) Gənclər Şurasının 2025-ci il iclası çərçivəsində təşkil olunmuş beynəlxalq məqalə müsabiqəsində birinci yerə layiq görülməsi münasibətilə səmimi təbriklərini bildirir.

Bu mühüm və nüfuzlu beynəlxalq tədbirdə əldə olunan uğur, İran gənclərinin elmi düşüncə gücünün, yaradıcı potensialının və sülh, əməkdaşlıq, dayanıqlı inkişaf kimi ali dəyərlərə sadiqliyinin bariz təzahürü kimi qiymətləndirilir. Bu nailiyyət, həmçinin ölkəmizin gələcək intellektual və elmi inkişaf perspektivlərinə olan inamı daha da möhkəmləndirir.

Qeyd edilməlidir ki, Cənab Behruz Kiani “CICA çərçivəsində sülhün, əməkdaşlığın və dayanıqlı inkişafın təşviqində gənclərin rolu” adlı elmi məqaləsi ilə CICA-nın süni intellekt mövzusuna həsr olunmuş bədii və elmi məqalə müsabiqəsində yüksək münsif qiyməti qazanaraq birinci yerin qalibi olub.

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) Gənclər Şurasının səkkizinci iclası 2025-ci il noyabrın 12-dən etibarən Bakı şəhərində öz işinə başlayıb və cümə gününədək davam edəcəkdir.

متن دیدگاه
نظرات کاربران
تاکنون نظری ثبت نشده است