26 November 2025
2025/10/16 - 14:34
View 104

III Azərbaycan Milli Şəhərsalma Forumunda İran Nümayəndələrinin Fəal İştirakı

.

III Azərbaycan Milli Şəhərsalma Forumunda İran Nümayəndələrinin Fəal İştirakı

 

İran İslam Respublikasının nümayəndə heyəti 2025-ci il Oktyabrın 15–17-də Xankəndi və Bakı şəhərlərində, Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı (“UN-Habitat”) ilə əməkdaşlıq çərçivəsində keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunda, fəal iştirak etmişdir. Forum, azad edilmiş ərazilərin yenidənqurma prosesinin müzakirəsi, şəhər dayaqlılığının gücləndirilməsi, şəhərlərdə həyat keyfiyyətinin yüksəldilməsi və BMT-nin dayanıqlı inkişaf prinsiplərinə uyğun siyasətlərin inkişaf etdirilməsi məqsədilə təşkil olunmuşdur. Tədbirdə 60-dan çox ölkədən 400-dən artıq nümayəndə — beynəlxalq təşkilatlar, universitetlər, bələdiyyələr və özəl sektorun təmsilçiləri iştirak etmişdir. İran nümayəndə heyətinə Yol və Şəhərsalma Nazirliyinin müavini cənab Qolam Rza Kazemian, Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədr müavini xanım Seddiqə Torabi və Təbriz şəhərinin meri cənab Yaqub Hoşyar daxildir. Nümayəndə heyəti dayanıqlı şəhər inkişafı, şəhər yenidənqurması və ətraf mühitin idarə olunması sahəsində mütəxəssis müzakirələrində fəal iştirak etmiş, eyni zamanda Azərbaycan rəsmiləri və digər iştirakçı ölkələrin heyətləri ilə konstruktiv və səmərəli ikitərəfli görüşlər keçirmişdir. Forumun açılış mərasimi Xankəndi şəhərində keçirilib və iştirakçılar azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və infrastruktur layihələri ilə yaxından tanış olublar. Sessiyanın davamı və bağlanış mərasimi isə Bakı şəhərində təşkil ediləcəkdir. III Azərbaycan Milli Şəhərsalma Forumunda müzakirə olunan əsas mövzular aşağıdakılardır: • Müharibədən sonra bölgələrin bərpası və yenidən canlandırılması, • Əlverişli mənzil təminatı və dayanıqlı yaşayış şəraitinin yaradılması, • İqlim dəyişikliyinə davamlı və dayaqlı şəhər inkişafının təşviqi, • Enerji səmərəliliyinin artırılması və yaşıl texnologiyaların tətbiqi, • Rəqəmsal innovasiyalar və təbiət əsaslı şəhər idarəetmə yolları, • Beynəlxalq əməkdaşlıqların Yeni Şəhər Sənədinin həyata keçirilməsində rolu. Tədbir çərçivəsində bu mövzular dəyirmi masalarda ətraflı şəkildə müzakirə olunacaq, forum iştirakçılarına beynəlxalq təcrübə və innovativ həlləri bölüşmək imkanı yaradacaqdır.

متن دیدگاه
نظرات کاربران
تاکنون نظری ثبت نشده است