26 November 2025
2025/10/27 - 10:52
View 58

İran səfiri Azərbaycan–Gürcüstan sərhəd-gömrük məntəqəsinə səfər edib

.

İran səfiri Azərbaycan–Gürcüstan sərhəd-gömrük məntəqəsinə səfər edib

 

İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Müctəba Dəmirçilu Azərbaycan Respublikası ilə Gürcüstan arasındakı Qırmızı Körpü sərhəd-gömrük məntəqəsinə səfər edərək, İran tranzit yük nəqliyyat vasitələrinin bu istiqamət üzrə hərəkəti ilə bağlı mövcud vəziyyətlə tanış olub.

 

Səfər çərçivəsində Azərbaycan Respublikası Gömrük Xidmətinin məsul nümayəndələri səfirə gömrük prosedurları, nəqliyyat vasitələrinin və yüklərin yoxlanılması mexanizmləri, eləcə də keçid proseslərinin səmərəliliyinin artırılmasına yönəlmiş plan və tədbirlər barədə ətraflı məlumat təqdim ediblər.

 

Cənab səfir, həmçinin gömrük ərazisində olan bir qrup iranlı sürücü ilə söhbət apararaq, onların Azərbaycan ərazisindən tranzit keçid zamanı qarşılaşdıqları məsələlər və inzibati prosedurlar barədə rəylərini dinləmişdir.

متن دیدگاه
نظرات کاربران
تاکنون نظری ثبت نشده است