26 November 2025
2025/10/14 - 15:58
View 65

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Trampın anti-İran açıqlaması ilə bağlı bəyanatı

.

ABŞ prezidentinin sionist rejimin Knessetindəki anti-İran açıqlaması ilə bağlı Xarici İşlər Nazirliyinin bəyanatı

 

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi, ABŞ prezidentinin, bazar ertəsi günü sionist rejimin Knessetində, soyqırım cinayətkarlarının iştirakı ilə İrana qarşı səsləndirdiyi əsassız ittihamları, məsuliyyətsiz və rüsvayçı iddiaları qətiyyətlə pisləyir. Dünyanın ən böyük terrorizm yaradıcısı və terrorçu, soyqırımçı sionist rejiminin himayəçisi olan ABŞ-ın başqalarını ittiham etməyə heç bir mənəvi ixtiyarı yoxdur. İran xalqı, ABŞ tərəfindən yaradılmış İŞİD terrorizminə qarşı mübarizədə əvəzolunmaz rol oynamış İranın və regionun əbədi qəhrəmanı, Şəhid Hacı Qasim Süleymaniyə dərin hörmət və ehtiramını bildirərək, ABŞ-ın o böyük şəxsi və yoldaşlarını qətlə yetirməsi kimi vəhşicəsinə cinayətini nə bağışlayacaq, nə də unudacaq. Xarici İşlər Nazirliyi vurğulayır ki, İranın dinc nüvə proqramı ilə bağlı yalan iddiaların təkrarlanması, ABŞ və sionist rejiminin İranın müqəddəs torpağına təcavüz etməsi və İran torpağının qeyrətli övladlarını qətlə yetirməsi kimi birgə cinayətini əsla əsaslandıra bilməz. Cinayət və təcavüzlə qürur duymaq və bunu etiraf etmək, yalnız ABŞ-ın bu cinayətləri törətməkdəki məsuliyyət yükünü ağırlaşdırır və ABŞ siyasətçilərinin böyük İran xalqına qarşı olan düşmənçiliyinin dərinliyini göstərir. ABŞ-ın işğal olunmuş Fələstində sionist rejiminin soyqırımı və müharibə törətməsindəki fəal iştirakı və şərikliyi heç kimə sirr deyil. ABŞ, sionist rejiminin cəzasız qalmasındakı roluna görə, o cümlədən BMT Təhlükəsizlik Şurasında İsrailə qarşı hər hansı təsirli tədbirin qarşısını aldığına və İsrail cinayətkarlarının mühakimə edilməsi üçün beynəlxalq hüquqi proseslərə mane olduğuna görə sorğu-sual edilməli və cavabdeh olmalıdır. ABŞ-ın regiondakı müdaxiləçi siyasətləri, soyqırımçı İsrail rejiminin işğalını və cinayətlərini dəstəkləməsi, regiona məhdudiyyətsiz silah satışı ilə birlikdə, ABŞ-ı regionda qeyri-sabitliyin və təhlükəsizliyin pozulmasının ən böyük amilinə çevirmişdir. Xarici İşlər Nazirliyi, ABŞ prezidentinin sülhə və dialoqa olan istəyini ABŞ-ın İran xalqına qarşı düşməncəsinə və cinayətkar davranışları ilə ziddiyyət təşkil etdiyini görür. Necə olur ki, siyasi danışıqların ortasında bir ölkənin yaşayış məntəqələrinə və dinc nüvə obyektlərinə hücum edilə, qadınlar və günahsız uşaqlar daxil olmaqla mindən çox insan şəhid edilə və sonra sülh və dostluq iddiası irəli sürülə bilər?! İranlılar, öz zəngin tarixi mədəniyyətlərinə və irslərinə əsaslanaraq məntiq, dialoq və qarşılıqlı əlaqə tərəfdarıdırlar, eyni zamanda müstəqilliyin, milli qürurun və İranın ali maraqlarının müdafiəsində cəsarət və qətiyyətlə hərəkət edirlər.

متن دیدگاه
نظرات کاربران
تاکنون نظری ثبت نشده است