26 November 2025
2025/10/14 - 15:35
View 53

İranın yol və şəhərsalma naziri Şimal-Cənub dəhlizinin inkişafı məqsədilə Azərbaycan Respublikasında səfərdədir

.

İranın yol və şəhərsalma naziri Şimal-Cənub dəhlizinin inkişafı məqsədilə Azərbaycan Respublikasında səfərdədir İran İslam Respublikasının yol və şəhərsalma naziri, İran-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın İranlı həmsədri xanım Fərzanə Sadiq oktyabrın 13-də, bazar ertəsi səhər saatlarında Bakı şəhəri Heydər Əliyev Beynəlxalq Aeroportuna gəlib. Səfər çərçivəsində Şimal–Cənub dəhlizinin inkişafı, eləcə də Rusiya və Azərbaycanla nəqliyyat, energetika və gömrük sahələrində ikitərəfli və üçtərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulur. Üçtərəfli görüşdə Şimal–Cənub dəhlizinin inkişafına dair infrastruktur məsələləri, həmçinin üç ölkə arasında tranzitin asanlaşdırılmasından tutmuş gömrük məsələlərinə və yükdaşıma qabiliyyətinin artırılmasına qədər sərhəd keçidi prosesləri müzakirə olunacaq. Bundan əlavə, üç ölkənin nümayəndə heyətlərinin İran İslam Respublikasının Astara şəhərində yerləşən Şimal–Cənub dəhlizinin bir hissəsinə və onun infrastruktur obyektlərinə baxış keçirməsi planlaşdırılır.

متن دیدگاه
نظرات کاربران
تاکنون نظری ثبت نشده است