Cənab Məsud Pezeşkianın BMT BaşAssambleyasının 80-ci sessiyasındadakı çıxışından əsas məqamlar:
.
Cənab Məsud Pezeşkianın BMT BaşAssambleyasının 80-ci sessiyasındadakı çıxışından əsas məqamlar
“Biz, İran torpağının mərd və dürüst insanları, qanunsuzluğa, ədalətsizliyə, ayrı-seçkiliyə və ikili standartlara qarşı möhkəm və prinsipial mövqe nümayiş etdirərək, bütün sınaqlardan şərəflə çıxmışıq. Sionist rejim və onun dəstəkçiləri artıq siyasi yolla normallaşmaya belə razı deyillər; öz mövcudluqlarını açıq zorla tətbiq edir və buna “güc vasitəsilə sülh” adını verirlər. Lakin bu, sülh də deyil, güc də deyil; yalnız zorakılıq və təcavüzə əsaslanan bir ədalətsizlikdir.
İranın vətənpərvər və cəsur xalqı, 12 günlük müdafiə zamanı, təcavüzkarların illüziyalı iddialarını ifşa etmiş, düşmənlərin istəmədən də olsa, milli birliyi gücləndirməsinə səbəb olmuşdur. İran xalqı, ən sərt və uzunmüddətli iqtisadi sanksiyalara, psixoloji və mediada aparılan təbliğata baxmayaraq, torpaqlarına atılan ilk mərmilə birləşərək cəsur silahlı qüvvələrini dəstəkləmiş və bu gün də şəhidlərinin qanını ehtiramla yad edir.
Uşaqlara qarşı zorakılıq və qırğın edən cinayətkarlar insan adı daşımağa layiq deyillər və şübhəsiz ki, etibarlı tərəfdaş ola bilməzlər. İran, qədim insanpərvərlik ənənəsinə əsaslanaraq, bütün sülhsevər ölkələr üçün dayanıqlı və etibarlı tərəfdaşdır; bu münasibətlər müvəqqəti maraqlara deyil, ləyaqət, etimad və ortaq gələcəyə söykənir.
Bir daha vurğulayıram ki, İran heç vaxt nüvə silahı hazırlamağa çalışmayıb və heç vaxt da çalışmayacaq. Bütün ilahi dinlərin təməl prinsipi budur ki, “Özün üçün xoş görmədiyini başqalarına da etmə”.
Sionist rejim və ABŞ-nin İran şəhərlərinə, evlərinə və infrastrukturuna qarşı həyata keçirdiyi hava hücumları, diplomatiya yolu ilə aparılan danışıqlar zamanı baş verdiyi üçün, böyük bir xəyanət olmaqla yanaşı, sabitlik və sülhün bərqərar olmasına yönələn səylərə qarşı böyük zərbə olmuşdur.
İran hər zaman tarixin sınaqlarına qarşı möhkəm dayanmışdır. İran xalqı gücünü nüvə silahları və zorakılıqla deyil, insanpərvərlik mədəniyyəti və beynəlxalq həmrəylik mesajı ilə nümayiş etdirir.”
***