20 September 2025
2025/09/02 - 17:50
View 74

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirinin AZTV-yə müsahibə verib.

.

Cənab Müctəba Dəmirçilu, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirinin AZTV-yə verdiyi müsahibədən bəzi seçmələr:

 

İran və Azərbaycan arasında münasibətlər dərin və tarixi köklərə malikdir; bu köklər mədəni, siyasi və dini əsaslara söykənir. Bütün bu amillər hər iki ölkə və xalqı elə bir mövqeyə gətirib çıxarıb ki, onlar daim münasibətlərini dostluq ruhunda qurmuş və bu əlaqələrin inkişafı və möhkəmləndirilməsi üçün səylər göstərmişlər. Buna görə də təbii haldır ki, hər iki tərəf bu münasibətlərə xüsusi diqqət yetirir və onlardan böyük gözləntilər var.

 

İki ölkə, iki xalq istəyir ki bu əlaqələr ən yüksək səviyyədə olsun və onun əsasında hər iki ölkənin işgüzar insanları həm hökumət səviyyəsində və həm qeyri hökümət səviyyəsində xalqın ehtiyac və tələblərini qarşılamaq üçün çalışmalıdırlar. Bu çərçivədə, şübhəsiz ki, xarici işlər nazirlikləri və səfirliklər ağır məsuliyyət daşıyır. Ümid edirəm ki, Azərbaycan Respublikasında səfir kimi xidmət etdiyim müddətdə bu gözləntiləri həyata keçirə bilər və öz müsbət töhfəmi verə bilərəm.

 

İranın daimi siyasəti həmişə belə olub ki, regional məsələlər yalnız region ölkələrinin iradəsi və istəyi əsasında həll edilməlidir. Təcrübə də bunu sübut edib. Məsələn, bölgədə böyük problem – Azərbaycanın işğal olunmuş torpaqları və Qarabağ münaqişəsi mövcud idi. Xarici qüvvələr və regiondan kənar faktorlar bu məsələyə qarışdığı müddətdə həlli tapılmırdı. Lakin indi görürük ki məsələ öz həllini tapıb. Bölgənin gələcəyi də məhz bu prinsip əsasında formalaşmalıdır.

 

Bu gün sevindirici haldır ki, region ölkələri arasında belə bir ümumi rəy yaranıb ki, xalqlar öz məsələlərini özləri həll edə bilərlər. Bu baxımdan, 3+3 formatı da Cənubi Qafqazın üç ölkəsi və onların birbaşa qonşuları – İran, Türkiyə və Rusiya – arasında əməkdaşlıq prinsipi əsasında yaradılmış bir çərçivədir. Qeyd edildiyi kimi, bu təşəbbüs göstərir ki, region ölkələri öz maraqları əsasında və mövcud potensiallardan istifadə edərək hərəkət etməlidirlər. Mənin fikrimcə, belə təşəbbüslər regionun gələcəyi üçün çox faydalı və səmərəli olacaq.

 

Video müsahibənin linki:

https://www.youtube.com/watch?v=CQlYL-yuEyE&t=185s

متن دیدگاه
نظرات کاربران
تاکنون نظری ثبت نشده است