İran və Azərbaycan Respublikası arasında əlaqələrin inkişaf etdirilməsi üçün tədqiqat mərkəzlərinin imkanları vurğulandı
.
İran İslam Respublikasının Bakıdakı səfiri Müctəba Dəmirçilu ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri cənab Fərid Şəfiyev arasında keçirilən görüşdə iki ölkə arasında elmi-tədqiqat əməkdaşlığının inkişafı ilə bağlı müzakirələr aparılıb.
Ölkəmizin səfiri, tədqiqat mərkəzlərinin qarşılıqlı anlaşmanı artırmaq, qərarların qəbul edilməsində iştirak etmək və ictimai rəyi formalaşdırmaq imkanlarına toxunaraq, bu mərkəzlərin iki ölkə arasında dostluq münasibətlərinin inkişafındakı rolunu mühüm hesab edib və iki ölkənin tədqiqatçıları və elmi mərkəzləri arasında əməkdaşlığın genişləndirilməsinə çağırıb.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri də ölkəmizin elmi və tədqiqat mərkəzləri ilə əməkdaşlığa hazır olduğunu bildirib.
Görüş zamanı, regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparılıb, tədqiqatçıların qarşılıqlı səfərləri və iki ölkənin tədqiqat mərkəzləri arasında əməkdaşlıq üçün zəruri koordinasiya tədbirləri həyata keçirilib.