İran və Azərbaycan prezidentləri arasında görüş keçirilib: İki ölkə münasibətlərinin inkişafı vurğulanıb
.
İran və Azərbaycan prezidentləri arasında görüş keçirilib: İki ölkə münasibətlərinin inkişafı vurğulanıb
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 31-də Bişkek şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində baş tutan görüşdə ikitərəfli münasibətlərin cari vəziyyətini müzakirə ediblər.
İki ölkə arasında qarşılıqlı maraqlara əsaslanan dostluq münasibətlərinin inkişaf dinamikasını yüksək qiymətləndirən dövlət başçıları Tehran ilə Bakı arasında dostluq və əməkdaşlığın daha da möhkəmləndirilməsi, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, habelə regionda sülh və sabitliyin təmin olunmasında mövcud potensialdan yararlanılmasının vacibliyini xüsusi vurğulayıblar.