İran səfirliyindən yeniyetmələrdən ibarət milli güləş komandasının uğurları münasibətilə təbrik mesajı
.
İran səfirliyindən yeniyetmələrdən ibarət milli güləş komandasının uğurları münasibətilə təbrik mesajı
İran İslam Respublikasının Bakıdakı səfirliyi yaydığı mesajda ölkəmizin yeniyetmə güləşçilərini Bakıda keçirilən dünya çempionatında qazandıqları uğurlar münasibətilə təbrik edib.
Mesajda bildirilir ki, ölkəmizin yeniyetmə güləşçilərinin qazandığı uğurlar və idmançılarımızın, məşqçilər heyətinin və idarəetmə heyətinin əzmkarlığı, iradəsi, həmrəyliyi və yüksək peşəkarlığı sayəsində ucaldılan gözəl və qürurverici İran bayrağı bütün iranlılar üçün iftixar və qürur mənbəyidir, eyni zamanda ölkəmizin dünya arenasında daha böyük uğurlar qazanması üçün zəmin yaradır.
Qeyd edək ki, yeniyetmələr arasında sərbəst güləş üzrə dünya çempionatı 31 iyul–2 avqust tarixlərində Azərbaycan Respublikasının Bakı şəhərində keçirilib. İran millisi 3 qızıl, 1 gümüş və 2 bürünc medal, həmçinin 145 xalla ikinci yeri tutub.
Bundan əvvəl isə İran komandası 27-29 iyul tarixlərində Bakıda keçirilən yeniyetmələr arasında yunan-Roma güləşi üzrə dünya çempionatında 2 qızıl, 2 bürünc medal və 96 xalla üçüncü yeri tutmuşdu.