4 June 2026
2026/06/02 - 16:33

İran İslam Respublikasının Xarici İşlər Naziri Seyid Abbas Əraqçinin Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbrik mesajı

.

Bismillahir-rəhmanir-rəhim

 

 

Azərbaycan Respublikasının Xarici İşlər Naziri Cənab Ceyhun Bayramova

 

Hörmətli cənab Nazir,

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə sizi və xalqınızı səmimi-qəlbdən təbrik edirəm.

İran İslam Respublikası və Azərbaycan Respublikası, iki qonşu və müsəlman xalqın dərin tarixi, dini və mədəni dəyərlərindən qaynaqlanaraq, hər zaman qarşılıqlı hörmətə əsaslanan dostluq münasibətlərinə malik olmuşdur. Məmnunluq doğuran haldır ki, hər iki ölkənin rəhbərləri xalqlarımızın arzu və istəklərinin həyata keçirilməsi istiqamətində hər zaman səylə çalışmış, bunun nəticəsində ölkələrimiz arasında münasibətlər gündən-günə inkişaf və tərəqqi yolunda irəliləmişdir.

Məmnunluqla qeyd edirəm ki, bu dinamik inkişaf prosesi ikitərəfli, regional və beynəlxalq səviyyələrdə müxtəlif mövzuları və ortaq maraqları əhatə edərək daha da möhkəmlənir və sürət qazanır.

Uca Allahdan sizə möhkəm cansağlığı, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına isə rifah, xoşbəxtlik və firavanlıq arzulayıram.

 

Seyid Abbas Əraqçi

İran İslam Respublikasının Xarici İşlər Naziri

متن دیدگاه
نظرات کاربران
تاکنون نظری ثبت نشده است