26 February 2026
2026/02/23 - 12:43

İranın yol və şəhərsalma naziri Bakıda Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə görüşüb

.

İranın yol və şəhərsalma naziri Bakıda Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə görüşüb

 

 

İran İslam Respublikasının Yol və Şəhərsalma naziri xanım Fərzanə Sadiq bazar ertəsi, 23 fevral tarixində, iki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasında iştirak etmək məqsədilə Bakıya etdiyi səfər çərçivəsində, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə görüşərək fikir mübadiləsi aparmışdır.

 

Görüş zamanı İranın yol və şəhərsalma naziri birgə layihələrin icrasının Tehran–Bakı münasibətlərinin daha da dərinləşdirilməsində mühüm rol oynadığını qeyd etmiş, İran İslam Respublikasının əldə olunmuş razılaşmaların sürətlə praktiki mərhələyə keçirilməsi, habelə iqtisadi və tranzit sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində iradəyə malik olduğunu vurğulamışdır.

 

Öz növbəsində, Azərbaycan Respublikasının Prezidenti Məsud Pezeşkiana salamlarını çatdıraraq, əməkdaşlığın inkişafını və birgə layihələrin icrasını təkcə ikitərəfli münasibətlərin möhkəmləndirilməsində mühüm amil kimi deyil, eyni zamanda regional əlaqələrin genişlənməsinə zəmin yaradan mühüm faktor kimi dəyərləndirmişdir.

 

متن دیدگاه
نظرات کاربران
تاکنون نظری ثبت نشده است