26 February 2026
2026/02/20 - 12:32
View 51

Cənab Məsud Pezeşkianın mübarək Ramazan ayının gəlişi münasibətilə Azərbaycan Respublikasının Prezidentinə təbrik məktubu

.

Mərhəmətli və Rəhmli Allahın adı ilə

 

Zati-aliləri cənab İlham Əliyev,

Azərbaycan Respublikasının möhtərəm Prezidenti

 

Əssəlamu əleykum və rəhmətullahi və bərəkətuh,

İlahi qonaqlıq, rəhmət və məğfirət ayı olan mübarək Ramazan ayının gəlişi münasibətilə Zati-alinizə və müsəlman Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.

Ramazan – dünya müsəlmanlarının ibadət, nəfsin tərbiyəsi və saflaşdırılması vasitəsilə ilahi təqvaya nail olması, mənəvi kamillik yolunda inamla irəliləməsi üçün bir fürsətdir. Bu mübarək ayın ictimai mahiyyəti İslam ümməti arasında vəhdət və həmrəyliyin möhkəmləndirilməsindən, ortaq problemlərin həlli naminə əməkdaşlıq və qarşılıqlı dəstəkdən ibarətdir.

Müasir dövrdə İslam dünyası öz təcavüzkar, ekspansiyonist və ədalətə zidd hədəflərini gerçəkləşdirməyə çalışan güclərin mənfur fitnələri ilə üz-üzədir. Həmin qüvvələr müsəlman ölkələrində iğtişaşlar törətmək və ixtilaflar yaratmaqla onların sabitliyini, təhlükəsizliyini, ərazi bütövlüyünü və tərəqqisini hədəf alır, xalqların milli sərvətlərini qarət edərək onları ağır böhranlarla baş-başa qoyurlar.

Ümidvaram ki, bu müqəddəs ayın vəhdətedici ruhu və İslam dininin ali dəyərləri işığında, ölkələrimiz arasında əməkdaşlığın daha da yüksəlməsi, müsəlmanlar arasındakı təfriqələrin aradan qaldırılması və İslam ümmətinin rifahı naminə birgə səylər göstərəcəyik.

Uca Allahdan bu əziz ayda Zati-alinizə və bütün dünya müsəlmanlarına ibadət və itaətlərinin qəbulunu diləyirəm.

 

Məsud Pezeşkian,

İran İslam Respublikasının Prezidenti

متن دیدگاه
نظرات کاربران
تاکنون نظری ثبت نشده است