26 February 2026
2026/02/13 - 11:00
View 78

Azərbaycan Respublikası Xarici İşlər Nazirinin İran İslam İnqilabının qələbəsinin 47-ci ildönümü münasibətilə cənab Abbas Əraqçiyə təbrik məktubu

.

 

 

Zati-aliləri,

 

İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının qələbəsinin 47-ci ildönümü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Dərin tarixi köklərə əsaslanan Azərbaycan-İran münasibətləri xalqlarımız arasındakı ortaq dəyərlərdən qaynaqlanır. Ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli formatlarda faydalı əməkdaşlığın qarşılıqlı hörmət və etimad əsasında genişlənməsi xalqlarımızın rifahının yüksəldilməsinə, eləcə də regionumuzda inkişafın təmin olunmasına töhfə verəcəkdir. Bu gün iki ölkə arasında iqtisadi, ticarət, nəqliyyat, enerji, tranzit və humanitar sahələrdə təşəkkül tapmış əməkdaşlığın səviyyəsi məmnunluq doğurur.

7-8 dekabr 2025-ci il tarixlərində Azərbaycan Respublikasına rəsmi səfərinizin ikitərəfli münasibətlərin mehriban qonşuluq və qarşılıqlı etimad əsasında inkişafına xidmət etdiyini xüsusi vurğulayır, onu iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin genişlənməsində təşəkkül tapmış dinamikanın əyani təzahürü kimi qiymətləndirirəm.

 

Azərbaycan–İran əlaqələrinin ölkələrimiz və xalqlarımızın mənafeyinə uyğun olaraq inkişaf etdirilməsi və səmərəli nəticələrin əldə olunması istiqamətində bundan sonra da Sizinlə birgə çalışmağa davam etməyə hazır olduğumu bildirirəm.

 

Fürsətdən istifadə edərək, bu əlamətdar gün münasibətilə bir daha Sizi səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı və xoşbəxtlik, diplomatik fəaliyyətinizdə uğurlar arzu edir, İran xalqına isə sülh, firavanlıq və rifah diləyirəm.

 

 

Hörmətlə,

 

                                                                                                Ceyhun Bayramov

 

 

 

 

Zati-aliləri cənab Seyid Abbas Əraqçi

İran İslam Respublikasının Xarici İşlər Naziri

TEHRAN

متن دیدگاه
نظرات کاربران
تاکنون نظری ثبت نشده است