İran və Azərbaycan xarici işlər nazirləri münasibətlərin inkişafını müzakirə ediblər
.
İran və Azərbaycan xarici işlər nazirləri münasibətlərin inkişafını müzakirə ediblər
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısı çərçivəsində görüşərək ikitərəfli münasibətlərin hazırkı vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər.
Tərəflər müntəzəm məsləhətləşmələrin davam etdirilməsinin və münasibətlər gündəliyindəki layihələrin irəlilədilməsinin vacibliyini vurğulayaraq, bəzi ikitərəfli məsələlər, eləcə də iki ölkənin regional və beynəlxalq platformalarda əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparıblar.