Azərbaycanın Baş naziri Əli Əsədov İran İslam Respublikasının mədəni irs turizm və əl işləri sənayesi naziri Reza Salehi Əmiri ilə görüşüb.
.
Görüşdə COP29-un Bakıda yüksək səviyyədə təşkil olunduğu məmnunluqla vurğulanıb.
Azərbaycanın COP Sədrliyi dövründə müəyyən etdiyi prioritetlərdən birinin də turizm sahəsində iqlim fəaliyyəti olduğu diqqətə çatdırılıb.
Söhbət zamanı Azərbaycan-İran əlaqələrinin hazırkı vəziyyəti, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.