18 November 2024
2024/10/23 - 15:46

İran İslam Respublikasının İqtisadiyyat Naziri Əbdülnaser Hemmətinin Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev ilə görüşü

.
  •  

İqtisadiyyat və Maliyyə Naziri iki ölkənin iqtisadiyyatında iqtisadi-ticarət əlaqələrin inkişafı üçün yüksək potensialın mövcudluğuna toxunaraq, bildirib: Bank sahəsində problemləri həll etmiş olsaq, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrin inkişafının şahidi olarıq.  

 

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev ilə görüşdə Əbdülnaser Hemməti İranın xarici siyasətində Azərbaycan Respublikasının xüsusi mövqeyinə toxunaraq əlavə edib: İki xalq arasında tarixi, milli, mədəni və qohumluq bağları qırılmazdır.

 

İqtisadiyyat Naziri iki ölkə arasında qırılmaz bağın və qədim tarixin olduğunu vurğulayaraq deyib: “Bu çoxillik əlaqələr şübhəsiz ki, iki ölkə arasında dostluq əlaqələrinin möhkəmlənməsinə təsir edən amil ola bilər.”

 

O, həmçinin bəyan edib: İran İslam Respublikasının iki ay öncə fəaliyyətə başlayan yeni hökuməti qonşu dövlətlər, xüsusilə də Azərbaycan Respublikası ilə əlaqələrin inkişafında çox maraqlıdır.

 

Hemməti Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və onu müşayiət edən nümayəndə heyətinin səfərinin iki ölkə arasında əlaqələrin inkişafına yaxşı təsir bağışlayacağına ümidvar olduğunu bildirib.

 

İqtisadiyyat və Maliyyə Naziri çıxışının davamında iki ölkə arasında bank əlaqələrinin inkişafını vurğulayaraq bildirib: İki ölkə arasında ticarət və iqtisadi əlaqələrin inkişafında maneələrdən biri, bank məhdudiyyətləri ilə bağlıdır və biz mövcud sanksiyalarla bağlı olaraq, Azərbaycan tərəfinin qarşılaşdığı məhdudiyyətləri başa düşürük, lakin biz iki tərəf arasında işgüzar əlaqələrin inkişafına lazım olan dərəcədə və bəzi sahələrdə yumşaqlıq göstərərək, əlaqələrin inkişafına köməklik göstərə bilərik.

 

O, İran Milli Bankının Azərbaycan Respublikasında mövcudluğuna toxunaraq dedi: Əgər fiziki şəxslərlə əməkdaşlıq etmək mümkün olduğu kimi hüquqi şəxslərlə də əməkdaşlıq etmək olarsa, bu, iki ölkə arasında ticarət əlaqələrinin tarazlaşmasına kömək edə bilər.

 

Ölkəmizin İqtisadiyyat Naziri iki ölkə arasında kommersiya əlaqələrinin sıçrayışını və inkişafını bank problemlərinin həllindən asılı hesab etdiyini bildirərək, vurğulayıb: İran İslam Respublikasının hazırda Rusiyada fəaliyyət göstərən “Mir Business” adlı bankı var, İran İslam Respublikası, Rusiya və Azərbaycan Respublikası arasında əlaqələrin yaxşı səviyyədə olduğunu nəzərə alaraq, sözügedən bankın imkanlarından Tehranla Bakı arasında iqtisadi və ticarət əlaqələrini inkişaf etdirmək üçün istifadə edə bilərik.

 

  • Tehranla Bakı arasında ticarət dövriyyəsi 28% artıb

 

Görüşdə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev ilk öncə cənab Hemmətini İqtisadiyyat və Maliyyə Naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edərək, iki ölkə arasında çoxillik və tarixi əlaqələrin mövcud olduğunu bildirib və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də iki ölkə arasında münasibətlərə xüsusi önəm verdiyini vurğulayıb. Şahin Mustafayev habelə qeyd edib: Biz əminik ki, iki ölkə arasında ortaq münasibətlərə və mehriban qonşuluğa əsaslanan əlaqələr, hər iki ölkənin və region ölkələrinin mənafeyinə uyğundur və regionda sülhün və sabitliyin bərqərar olmasına kömək edəcəkdir.

 

Azərbaycan Respublikası Baş nazirinin müavini iki ölkə arasında müxtəlif iqtisadi və ticarət əlaqələrinin olduğunu vurğulayaraq əlavə edib: İki tərəf arasında enerji, nəqliyyat və su sahələrində yaxşı əməkdaşlıq mövcuddur və həyata keçirdiyimiz bir çox layihələr uğurla başa çatacaq.

 

Cari ilin 8 ayında İran və Azərbaycan Respublikası arasında iqtisadi əlaqələrin həcminin 400 milyon dollar olduğuna işarə edən Şahin Mustafayev əlavə edib: Bu il iki ölkə arasında ticarət həcminin 28% artmasına baxmayaraq, İran İslam Respublikası ilə Azərbaycan arasında iqtisadi və ticarət əməkdaşlığının inkişafı üçün hələ də çoxlu potensial mövcuddur.

 

Azərbaycan Respublikasının baş nazirinin müavini qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsinin hazırkı həcmi çox kiçikdir və iki ölkə arasında ticarət həcminin 400 milyon dollardan 393 milyon dolları İranın Azərbaycan Respublikasına ixracı ilə bağlıdır. O, əlavə edib: İki ölkə arasında ticarət və iqtisadi əlaqələri artırmaq üçün hər iki ölkə lazımi tədbirləri görməli, eyni zamanda iki tərəf arasında ixrac və idxal arasında balansa diqqət yetirməlidir.

 

Azərbaycan Respublikasında 2500-ə yaxın İran şirkəti qeydiyyatdan keçmişdir ki, onlardan 1600-ü fəaliyyət göstərir. Sözügedən şirkətlər,Azərbaycan Respublikasının iqtisadiyyatına beş milyard dollar sərmayə qoyublar və bu investisiyaların böyük bir hissəsi ölkənin neft-qaz sektoruna, üç milyard dollara yaxını isə “Şahdəniz” qazına yatırılıb – deyə baş nazirinin müavini qeyd edib.

 

Mustafayev İranın “Niko” şirkətinin investisiya gəlirinin 6 milyard 300 milyon dollar olduğunu açıqlayıb və əlavə edib: İnvestisiya məbləğindən əlavə, İran tərəfi bu layihədən 2 milyard dollardan çox gəlir əldə edib.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə, Azərbaycan Respublikası Dəmir Yolları ASC-nin prezidenti Rövşən Rüstəmov, Xarici İşlər nazirinin müavini Samir Şərifov və Azərbaycan Respublikasının İqtisadiyyat və Gömrük İdarəsinin müavinləri bu görüşdə iştirak ediblər.

متن دیدگاه
نظرات کاربران
تاکنون نظری ثبت نشده است