İran İslam Respublikasının neft naziri ilə Azərbaycan Respublikası Baş nazirinin müavini arasında görüş keçirilib
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevlə İran İslam Respublikasının neft naziri Möhsün Paknejad Tehranda keçirdikləri görüşdə energetika sahəsi başda olmaqla ikitərəfli əməkdaşlığın sürətlənməsi məqsədilə birgə işçi qrupun formalaşmasına dair fikir mübadiləsi aparıblar.
Möhsün Paknejad 15 oktyabr 2024-cü il çərşənbə axşamı günortadan sonra Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevlə görüşdə iki ölkə arasında bir çox mədəni, tarixi və milli ortaqlıqların olduğunu və bunun iki xalqı daha da yaxınlaşdırdığını qeyd edərək, bildirib: İran İslam Respublikasının xarici siyasətində qonşular xüsusi prioritetlərə malikdir və onların arasında Azərbaycan Respublikasının mövqeyi xüsusidir, bu səbəbdən ümid edirəm ki, 14-cü hökumətdə biz iki ölkə arasında əməkdaşlığın yaxşılaşdığını müşahidə edəcəyik.
Cənab Nazir, Neft və energetika sahəsinin Azərbaycan Respublikası ilə iqtisadi əlaqələrin əsas inkişaf istiqamətlərindən biri olduğunu bildirib. O, habelə qeyd edib: “Bu sahədə biz Azərbaycan Respublikasının, əməkdaşlıq səviyyəsinin yüksəldilməsi üçün təklif etdiyi istənilən təşəbbüsü alqışlayırıq. İki ölkə arasında enerji sahəsində əməkdaşlığın inkişafı və artırılması vacibdir və zəruri infrastruktur tələb edir.”
Energetika sahəsində əməkdaşlığın sürətləndirilməsi məqsədi ilə, iki ölkə arasında birgə işçi qrupunun yaradılmasını vurğulayan cənab nazir, sözügedən işçi qrupunun yaradılmasını və fəaliyyətilərinə nəzarətin, Neft Nazirliyinin beynəlxalq və kommersiya məsələləri üzrə müavininə həvalə edildiyini bildirib.
Görüşdə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev ilk öncə cənab Paknejadı, İran İslam Respublikasının Neft naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edərək,bildirib: “İran və Azərbaycan Respublikası arasında qədim tarixə əsaslanan geniş əlaqələr mövcuddur. İrana səfərimizin məqsədi iki ölkə arasındakı əlaqələri nəzərdən keçirmək və gələcək layihələrin həyata keçirilməsini müzakirə etməkdir.”
Şahin Mustafayev bazar ertəsi İran İslam Respublikasının prezidenti cənab Məsud Pezeşkian ilə görüşünə toxunaraq, bildirib: “Cənab Pezeşkian, İran və Azərbaycan Respublikası arasında əlaqələrin inkişafında maraqlıdır.” O, həmçinin Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin İranla qarşılıqlı əlaqələrə böyük önəm verdiyini, davam edən və planlaşdırılan layihələrin həyata keçirilməsinə sadiq olduğunu bəyan edib.
O, həmçinin ikitərəfli layihələrin davamı və inkişafı üçün İran və Azərbaycan Respublikası arasında birgə işçi qrupunun yaradılmasını alqışlayıb.