17 November 2024
2023/10/24 - 15:43
View 167

Azərbaycan xarici işlər naziri İran prezidenti ilə görüşüb

Ayətullah Seyid İbrahim Rəisi: İran regional məsələlərin və problemlərin qarşılıqlı əlaqə yolu ilə həllini vurğulayır. Azərbaycanla qarşılıqlı əlaqələrin səviyyəsinin yüksəldilməsi İranın xarici siyasətinin istiqamətlərindən biridir.

İran İslam Respublikasının hər zaman qonşu ölkələr arasında danışıqlar və dialoqu regional məsələlərin həlli yolu hesab etdiyini bildirən İran prezidenti  “Qafqaz Əməkdaşlıq Qrupu” iclasının müzakirələrinin konstruktiv əməkdaşlığın və regional qarşılıqlı fəaliyyətlərin gücləndirilməsinin mənbəyi olacağına ümidvar olduğunu bildirib.

İran İslam Respublikasının Prezidenti Ayətullah Seyid İbrahim Rəisi bazar ertəsi “Qafqaz Əməkdaşlıq Qrupu”nun iclasında iştirak etmək üçün Tehrana səfər edən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə görüşdə İran İslam Respublikasının həmişə qonşu ölkələr arasında danışıqlar və dialoqu regional məsələlərin həlli yolu hesab etdiyini vurğulayaraq, bu iclasda aparılan müzakirələrin  konstruktiv əməkdaşlığın və regional qarşılıqlı fəaliyyətlərin gücləndirilməsinin mənbəyi olacağına ümidvar olduğunu bildirib.

Rəisi bu görüşdə, həmçinin regionun problemlərinin xarici qüvvələrin müdaxiləsi ilə həll olunmayacağı ilə bağlı  İran İslam Respublikasının prinsipial mövqeyinə işarə edərək, , regional problemlərin ölkələr arasında daha geniş qarşılıqlı fəaliyyət və əməkdaşlıq yolu ilə aradan qaldırılmasını  vurğulayıb.

İran prezidenti sionist rejimin nə sizin, nə də heç bir müsəlman ölkəsinin dostu olmayacağı ilə bağlı öncə Azərbaycan prezidentinə dediklərini xatırladaraq, əlavə etdi: Qəzzada bugünkü vəziyyət bütün region xalqlarına bir daha göstərir ki, başda Amerika olmaqla qərb dünyası  sionistlərin cinayətlərini tam dəstəkləyərək, nəiknki region ölkələrinin dostu  deyil, həm də regionda yalnız öz irqçi maraqlarını güdürlər.

Ayətullah Seyid İbrahim Rəisi İran- Azərbaycan əlaqələrinin və əməkdaşlığının müxtəlif sahələrdə genişləndirilməsinin vacibliyini vurğulayaraq, bəyan etdi: Dost, qardaş və qonşu ölkə Azərbaycanla qarşılıqlı fəaliyyət və əlaqələrin səviyyəsinin yüksəldilməsi İranın xarici siyasətinin istiqamətlərindən biridir və İran İslam Respublikası regionun mühüm və qüdrətli ölkələrindən biri kimi bütün ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşdığını bildirərək, məsələlərin və problemlərin ölkələr arasında anlaşma və qarşılıqlı fəaliyyət yolu ilə həllini vurğulayır.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov da bu görüşdə ölkəsinin İran İslam Respublikası ilə əlaqələrə xüsusi önəm verdiyini bəyan edərək, bildirmişdir ki, İranın məsələlərə baxışının xüsusilə də regiondankənar ölkələrin regiona ayaq açmasının qarşısını alınması ilə əlaqədar mövqeyi  Azərbaycan Respublikası tərəfindən dəstəklənir və buna görə də biz “Qafqaz Əməkdaşlıq Qrupu”nun icclasının Tehranda keçirilməsini faydalı, müsbət və konstruktiv qiymətləndiririk.

Azərbaycan Respublikasının xarici işlər naziri İran İslam Respublikasının Azərbaycan Respublikasının ərazi bütövlüyünün dəstəklənməsində tutduğu mövqeyini yüksək qiymətləndirərək, iki ölkə arasında münasibətlərin perspektivlərini aydın adlandırıb və deyib: Son aylarda iki ölkə münasibətlərin səviyyəsinin yüksəldilməsi və ikitərəfli əməkdaşlığın inkişafı  istiqamətində mühüm irəliləyişlər əldə ediblər.

Bayramov həmçinin Qərb ölkələrinin regional problemlərlə, o cümlədən Qəzzadakı mövcud vəziyyətlə bağlı ikili standartlarını tənqid edib və bu bölgənin müdafiəsiz xalqına qarşı hücumların ən qısa zamanda dayandırılacağına və bölgədə  sülhün bərqərar olacağına ümid etdiyini bildirib.

متن دیدگاه
نظرات کاربران
تاکنون نظری ثبت نشده است