Cənab Abbas Əraqçinin mübarək Ramazan ayının gəlişi münasibətilə Azərbaycan Respublikası xarici işlər nazirinə təbrik məktubu
.
Mərhəmətli və Rəhmli Allahın adı ilə
Hörmətli cənab Ceyhun Bayramov,
Azərbaycan Respublikasının Xarici İşlər Naziri
Əssəlamu əleykum,
Quranın nazil olduğu və ilahi ziyafət ayı olan mübarək Ramazan ayının gəlişi münasibətilə Sizi, qardaş Azərbaycan dövlətini və xalqını səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, bu müqəddəs ayın fəziləti və ilahi inayət sayəsində, tarixin bu həssas dönəmində bölgədə və dünyada sülhün, dayanıqlı sabitliyin bərqərar olması, eləcə də bütün bəşəriyyətin, xüsusən də müsəlmanların rifahı və tərəqqisi naminə İslam ümmətinin daha sıx vəhdətinin, yaxınlaşmasının və birliyinin şahidi olacağıq.
Fürsətdən istifadə edərək, Uca Yaradandan sizə möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar və bu mübarək ayda ibadətlərinizin qəbulunu diləyirəm.
Seyid Abbas Əraqçi,
İran İslam Respublikasının xarici işlər naziri