2 April 2025
2025/02/05 - 16:18

İran İslam Respublikası və Azərbaycan Respublikası Birgə İqtisadi Komissiyasının 16-cı iclası Tehranda keçirilib

.

 

Yanvarın 21-22-də Tehranın Spinas Palace otelində, İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin iştirakı ilə İran – Azərbaycan Birgə İqtisadi Komissiyasının 16-cı iclası keçirilir.

 

Qeyd edək ki, çərşənbə axşamı, yanvarın 21-də Azərbaycandan 40 nəfərlik nümayəndə heyəti Tehranda iranlı həmkarları ilə profil komitələr çərçivəsində nəqliyyat, bank işi, investisiya, energetika, turizm, mədəniyyət və kommunikasiya məsələlərini müzakirə ediblər.

 

Həmçinin, çərşənbə günü, yanvarın 22-də müzakirələrin yekununda İran-Azərbaycan Birgə Komissiya rəhbərlərinin iştirakı ilə ölkəmizin yol və şəhərsalma naziri ilə Azərbaycan Respublikası Baş nazirinin müavini arasında əməkdaşlıq haqqında memorandum imzalanacaq.

.

متن دیدگاه
نظرات کاربران
تاکنون نظری ثبت نشده است