18 November 2024
2024/10/23 - 15:44
View 70

İran və Azərbaycan nəqliyyatın asanlaşdırılması və nəqliyyat sahəsində əməkdaşlığın artırılması barədə razılığa gəliblər

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi və ticarət sahələri üzrə Dövlət Komissiyasının sədrləri iclasda hava dəmir yolu avtomobil yolu və liman sahələrində nəqliyyatın asanlaşdırılması və bu sahədə əməkdaşlığın artırılmasına təkid ediblər.

 

 

Görüşdə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev ilk öncə xanım Sadiqi, İran İslam Respublikasının Yol və Şəhərsalma naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edərək, bu görüşün iki ölkə arasında ümumi maraqlar çərçivəsində münasibətlərin möhkəmlənməsinə səbəb olacağına ümid etdiyini bildirib.

 

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi və ticarət sahələri üzrə Dövlət Komissiyasının həmsədri vurğulayıb ki, iki ölkə arasında əlaqələr güclü tarixi, dini və mədəni əsaslara söykənir və Azərbaycan Respublikasının prezidenti İlham Əliyev İranla əlaqələrin inkişafına xüsusi önəm verir, çünki bu əməkdaşlıq regiona və iki ölkənin inkişafına töhvə verməkdədir.

 

Şahin Mustafayev Azərbaycan Respublikası nümayəndə heyətinin İran prezidenti ilə görüşünə toxunaraq qeyd edib: “Cənab Pezeşkian da eyni qaydada iki ölkə arasındakı əlaqələrə xüsusi diqqət yetirir.”

 

O əlavə edib: İran prezidentinin tövsiyələri iki ölkə arasında gələcək əməkdaşlıq üçün yol xəritəsi rolunu oynayacaq.

 

Azərbaycan Respublikasının baş nazirinin müavini qeyd edib ki, İran və Azərbaycan arasında müxtəlif sahələrdə, o cümlədən ticarət, enerji və nəqliyyat sahələrində əməkdaşlıq genişlənir.

 

İki ölkə arasında tranzitin həcmi cari ilin səkkiz ayında 40% artıb – deyə cənab Mustafayev bildirib.

 

Şahin Mustafayev həmçinin Şimal-Cənub Dəhlizinin İranla strateji əməkdaşlıq sahələrindən biri kimi inkişaf etdirilməsinin Azərbaycan üçün əhəmiyyətini vurğulayıb.

 

Şahin Mustafayev bugün Yüksək səviyyəli nümayəndə heyətinin başında, İran İslam Respublikasının Yol və Şəhərsalma Nazirliyində olmuşdur. Görüşdə, əsasən Nəqliyyat sahəsinə toxunulub.

 

Bu görüşdə, İnzibati işlərin azaldılması, yüklərin və sərnişin daşınması ilə bağlı məhdudiyyət və qadağalara diqqət yetirməklə nəqliyyat, liman və dəniz sahələrində əməkdaşlıq müzakirə edilib. Hər iki tərəf bu sahələrdə əvvəlki razılaşmaların həyata keçirilməsinin zəruriliyini vurğulayıblar.

 

Şimal-Cənub dəhlizinin inkişafı, onun dəmir yolu və avtomobil nəqliyyatının yaxşılaşdırılmasında rolu, danışıqların əsas istiqamətlərindən olub.

 

Uçuşların artırılması, liman sahəsində əməkdaşlıq, birgə işçi qrupların formalaşdırılması, Xəzər dənizində səmərəli fəaliyyətin göstərilməsi və İranın ümumvətəndaş pasport sahibləri üçün viza rejiminin aradan qaldırılması barədə fikir mübadiləsi aparılıb.

 

15 oktyabr 2024-cü il tarixində, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi və ticarət sahələr üzrə Dövlət Komissiyasının sədrləri, İran İslam Respublikasının Yol və Şəhərsalma naziri Fərzanə Sadiq və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin iştirakı ilə Şəhid Dadmən binasında birgə iclası keçirilib.

متن دیدگاه
نظرات کاربران
تاکنون نظری ثبت نشده است