18 November 2024
2024/10/23 - 15:34
View 60

Astara-Astara dəmir yolu xəttinin tamamlanması üçün İran və Azərbaycan arasında davamlı əməkdaşlığın zəruriliyi

.

İran İslam Respublikası Dəmir Yolunun baş direktoru Astara-Astara dəmir yolu xəttinin tamamlanması üçün İran və Azərbaycan Respublikası arasında davamlı əməkdaşlığın zəruriliyini vurğulayıb, gələcəkdə dəmir yolu əməkdaşlığının genişləndirilməsi üçün anlaşma memorandumlarının imzalanacağını açıqlayaraq deyib: “Hesablamalara görə, Şimal-Cənub dəhlizindən ildə 10 milyon ton yük daşımaq mümkündür.”

 

Cabbar Əli Zakiri Azərbaycan Dəmir Yollarının rəhbəri Rövşən Rüstəmovun iştirakı ilə keçirilən Astara-Astara dəmir yolunun birləşdirilməsi layihəsi və yük stansiyası ilə bağlı iclasda bildirib: “İki ölkənin dəmir yolları arasında qədimdən bəri əməkdaşlıq olub. Ümid edirik ki, dəmir yolu xətləri ilə bağlı tərəflərin birgə fəaliyyəti nəticəsində bu əməkdaşlıq davam edəcək.”

 

Zakiri qeyd edib: “Bölgədə baş verən proseslərlə əlaqədar olaraq, Rusiyadan Hind okeanına və əks istiqamətdə yüklərin daşınmasına ehtiyacın artmasını nəzərə alaraq, bu məsələnin zəruriliyi müşahidə olunur.”

 

Yol və Şəhərsalma nazirinin müavini vurğulayıb ki, Rusiya, Azərbaycan, İran və nəhayət təyinat ölkəsi Hindistan arasında yüklərin birgə daşınması tamamlanmalı, İran və Azərbaycan arasında dəmir yolu yüklərinin artırılması planı gündəmə gətirilməlidir.

 

Zakiri habelə vurğulayıb: Hazırda biz Müstəqil Dövlətlər Birliyinin ölkələri ilə beş nöqtədə əlaqə saxlayırıq və hesablamalara əsasən, Şimal-Cənub dəhlizi ilə ildə 10 milyon ton yük daşımaq mümkündür.

 

Rəşt-Astara dəmir yolu xətlərinin birləşdirilməsi ilə bağlı Rusiya ilə ciddi danışıqlarımız olub və ümid edirik ki, bu layihə daha qısa müddətdə başa çatacaq – deyə nazir müavini bildirib.

 

Yol və Şəhərsalma nazirinin müavini qeyd edib: “BRİKS sammiti çərçivəsində də İran və Azərbaycan Respublikasının dəmir yolu məsələləri müzakirə olunacaq. Bu kontekstdə İran və Rusiya arasında yeni Şimal-Cənub dəhlizinin gündəmə gətirilməsi ilə bağlı Moskvadan təklif almışıq.”

 

“İranın bir sıra beynəlxalq nəqliyyat şirkətləri səmərəli fəaliyyətə başlayıblar. Bu müsbət tədbirləri Tehran və Bakı daha da aktivləşdirməlidir” - deyə, o, əlavə edib.

 

Zakiri vurğulayıb: “Qeyd etmək lazımdır ki, Bakı dəhlizinin cənuba və Astara terminalına qədər tikintisi ilə bu marşrut üzrə yükdaşıma qabiliyyəti 15 milyon tona çatacaq.”

 

İran İslam Respublikası Dəmir Yolunun baş direktoru eyni zamanda bildirib: Biz ölkənin nəqliyyat şirkətlərindən Rəşt-Astara dəmir yolu layihəsi başa çatana qədər şimal-cənub dəhlizinin məqbul gücə çatdırılmasını xahiş etmişik.

 

Baş direktor habelə vurğulayıb: Bu dəhlizin tikintisi vaxt aparır və təklif olunan Rəşt-Astara dəhlizi tamamlanana qədər biz şimal-cənubun mövcud imkanlarından maksimum istifadə etməliyik.

 

O, İran və Azərbaycan Respublikasının dəmir yolu şirkətləri arasında, texniki görüşlərin davam edəcəyinə və iki ölkə arasında dəmir yolu sahəsində daha çox əməkdaşlığın şahidi olacağımıza ümid etdiyini bildirib.

متن دیدگاه
نظرات کاربران
تاکنون نظری ثبت نشده است