18 November 2024
2024/10/15 - 14:58
View 77

­İran İslam Respublikasının Prezidendi cənab Pezeşkian Azərbaycan Respublikası Baş nazirinin müavini cənab Şahin Mustafayev ilə görüşüb.

­İran İslam Respublikasının Prezidendi cənab Pezeşkian Azərbaycan Respublikası Baş nazirinin müavini cənab Şahin Mustafayev ilə görüşdə qeyd edib: İran Azərbaycan Respublikası ilə əlaqələrin genişləndirilməsinə yönəlmiş istənilən layihəni və fəaliyyəti dəstəkləyir.

 

İran İslam Respublikasının Prezidenti Azərbaycan Respublikası Baş nazirinin müavini cənab Şahin Mustafayev ilə görüşündə iki ölkə arasında birgə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

 

Prezident bu görüşdə iki ölkə arasında tarixi və mədəni ortaqlığa toxunaraq bildirib: “Siz bizim qardaşımızsınız, iki ölkə arasında münasibətlərin inkişafı bizim üçün çox dəyərlidir.” Cənab Pezeşkian Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmətlə yanaşdığını vurğulayaraq qeyd edib: Biz hesab edirik ki ölkələrin ərazi bütövlüyü və suverenliyi toxunulmazdır. Eyni zamanda, regiona digər ölkələrin ayağının açılmasını region ölkələrinin maraqlarına uyğun hesab etmirik, çünki inanırıq ki, birgə çalışmaqla təhlükəsizliyimizi və bununla bağlı məsələləri həll edə bilərik və bu, İran İslam Respublikasının hər zaman vurğuladığı prioritet siyasətidir.

 

Prezident eyni zamanda iki ölkə arasında anlaşmaların həyata keçirilməsinin sürətləndirilməsinin vacibliyini vurğuladı və əlavə etdi: “Digər qonşu dövlətlərin və regionun İslam ölkələrinin rəsmiləri ilə görüşdə vurğuladım ki, biz insanlar arasında ünsiyyət və mübadilə üçün imkan yaratmalıyıq. Bu baxımdan biz, İslam ölkələri arasında əlaqələri daha da inkişaf etdirən bütün layihələri alqışlayırıq.”

 

Təhlükəsizliyi gücləndirmək və yaxşılaşdırmaq, ölkələr arasında sülh və ünsiyyət yaratmaq üçün sərhədlərdə divarlar çəkməyə ehtiyac yoxdur. İslam ölkələrinin bazarları bir-birinə açıq olmalı və iş adamları birlikdə çalışa bilməlidirlər – deyə cənab prezident bildirib. Prezident iki ölkə arasında əməkdaşlığın səviyyəsinin yüksəldilməsini vurğulayaraq bildirib: Biz iki ölkə arasında dəmir yolu və avtomobil yollarının yaradılmasını alqışlayırıq, habelə enerji və kənd təsərrüfatı sahələrində əməkdaşlığın davam etdirilməsini və genişləndirilməsini istəyirik. Biz bu sahələrdə əldə edilmiş razılaşmalara sadiqik.

 

Görüşdə Azərbaycan Respublikasının səfirliyinə hücum edən şəxsin cinayət işi üzrə məhkəmə prosesinə toxunan cənab Pezeşkian qeyd edib: Hüquqi proseslər tam icra olunana qədər bu məsələni izləyəcəyik.

 

Azərbaycan Respublikası baş nazirinin müavini cənab Şahin Mustafayev öz növbəsində ölkəsinin İran İslam Respublikası ilə əlaqələri genişləndirməyə hazır olduğunu qeyd edərək bildirib: “Azərbaycan Prezidenti adından bəyan edirəm ki, biz İranla iqtisadi, ticarət, enerji mübadiləsi xətləri, mədəniyyət, tranzit, avtomobil və dəmir yolu xətlərinin tamamlanması və inkişafı, təhlükəsizlik və müdafiə sahələrində əlaqələri genişləndirmək istəyirik və İranla əlaqələrimizə böyük əhəmiyyət veririk.”

 

Nazir müavini bəyan edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev regionda davamlı sülhün və sabitliyin bərqərar olmasını istəyir. Cənab Mustafayev eyni zamnada vurğulayıb: Bizim heç bir ölkəyə qarşı ərazi iddiamız yoxdur və heç bir ölkənin ərazi bütövlüyümüzlə bağlı iddialarını qəbul etmirik və hesab edirik ki, regionun məsələləri və problemləri region ölkələri arasında danışıqlar yolu ilə həll edilməlidir. Şahin Mustafayev ölkəsinin İranla geniş əməkdaşlığı davam etdirməyə və əvvəlki razılaşmaları həyata keçirməyə hazır olduğunu bəyan edərək, yaxın vaxtlarda Bakıda iqlim dəyişikliyi ilə bağlı beynəlxalq konfransın keçiriləcəyinə toxunaraq, cənab Pezeşkianı konfransda iştirak etməyə dəvət edib.

https://president.ir/fa/154580 

متن دیدگاه
نظرات کاربران
تاکنون نظری ثبت نشده است