İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Baş naziri cənab Əli Əsədovu qəbul edib.
.
Azərbaycan Respublikasının hörmətli Baş naziri cənab Əli Əsədov yüksək səviyyəli nümayəndə heyətinin başçılığı ilə Prezidentin andiçmə mərasimində iştirakı çərçivəsində bu gün səhər saatlarında İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə görüşüb söhbət ediblər.
Bu görüşdə Azərbaycan Respublikası ilə İran arasında dostluq və qardaşlıq əlaqələrinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub və bütün istiqamətlər üzrə ikitərəfli əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.
Azərbaycan Respublikasının Baş naziri cari ilin noyabrında Bakıda keçiriləcək COP-29 beynəlxalq tədbirində iştirakla bağlı Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin dəvət məktubunu Məsud Pezeşkiana təqdim edib.