News Agency:Xəbərlər
Bakıda keçirilən beynəlxalq festivalda İran mədəniyyəti və sivilizasiyasının təqdimatı
.
Bakıda keçirilən beynəlxalq festivalda İran mədəniyyəti və sivilizasiyasının təqdimatı   Bakıda, ADA Universitetində keçirilən 14-cü Beynəlxalq Festivalda nümayiş etdirilən İranın zəngin tarixi-mədəni irs nümunələri ziyarətçilər və incəsənət həvəskarları tərəfindən böyük maraqla qarşılanıb. Azərbaycan Respublikasının Diplomatik Akademiyası (ADA Universiteti) tərəfindən tələbələrin, diplomatların və Azərbaycan vətəndaşlarının müxtəlif ölkələrin mədəniyyəti, sivilizasiyası, adət-ənənələri ilə tanış edilməsi məqsədilə təşkil olunan bu tədbirdə Bakıdakı diplomatik nümayəndəliklər, o cümlədən İran İslam Respublikasının Səfirliyi də iştirak edib. Ölkəmizin stendində İranın zəngin və qədim sivilizasiyasını əks etdirən müxtəlif nümunələr sərgilənib. Burada minakarlıq, qələmkarlıq, ağac üzərində oyma sənəti, tirmə məmulatları, həmçinin İranın mədəniyyəti, adət-ənənələri, turizm və tarixi məkanları, poeziyası və incəsənətini tanıdan kitablar ziyarətçilərin diqqətinə təqdim olunub. İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Müctəba Dəmirçilu da festivalın keçirildiyi məkana gələrək İran stendinin ziyarətçiləri ilə söhbət edib, həmçinin digər ölkələrin, xüsusilə dost və qonşu dövlətlərin stendlərinə baxış keçirib.
© 2019 - economy@mfa.ir