News Agency:Xəbərlər
İran İslam Respublikasının möhtərəm Prezidenti cənab Pezeşkian Azərbaycan Respublikasının Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
.
Bismillahir-rəhmanir-rəhim     Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə   Hörmətli cənab Prezident, Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizi və xalqınızı səmimi-qəlbdən təbrik edirəm. Müsəlman İran və Azərbaycan xalqları zəngin tarixi, sivilizasiya, mədəni, dini və dil ortaqlıqlarına sahibdirlər və bu amillər iki xalq arasında dostluq bağlarını möhkəm və sarsılmaz etmişdir. Şübhəsiz ki, xalqlarımız arasında mövcud olan qırılmaz əlaqələr iki ölkə arasında münasibətlərin inkişafı üçün qiymətli bir sərmayə formalaşdırmışdır. İran İslam Respublikası Azərbaycan Respublikasının müstəqillik əldə etməsindən sonra daim ikitərəfli münasibətlərin inkişaf və genişlənməsini dəstəkləmişdir. Məmnunluq hissi ilə qeyd edirik ki, iki xalqın iradə və arzularına uyğun olaraq, bu gün ölkələrimiz arasında münasibətlərdə dinamik inkişaf prosesi müşahidə olunur. Ümidvaram ki, ikitərəfli, regional və beynəlxalq məsələlərin geniş spektrini əhatə edən bu dinamik proses bundan sonra da daha böyük sürət və qətiyyətlə davam edəcəkdir. Uca Allahdan Zati-alinizə möhkəm cansağlığı və uğurlar, müsəlman Azərbaycan xalqına isə rifah, izzət və firavanlıq arzulayıram.   Məsud Pezeşkian İran İslam Respublikasının Prezidenti
© 2019 - economy@mfa.ir