Mərhəmətli və Rəhmli Allahın adı ilə
“Ramazan ayı – o aydır ki, onda Quran nazil edilmişdir.”
Hörmətli və əziz Azərbaycanlı qardaş və bacılarım!
Mən, İran İslam Respublikasının dost və qardaş Azərbaycan Respublikasındakı səfiri olaraq, Allahın ayı, eşq dolu ibadətlərin, arifanə duaların və xalis bəndəliyin təcəllisi olan mübarək Ramazan ayının gəlişi münasibətilə sizləri səmimi qəlbdən təbrik edirəm.
Bu "Quran baharı"nda Uca Allahdan bütün dünya xalqları üçün mənəviyyat, dostluq, rifah və əmin-amanlıqla dolu günlər arzulayıram.
Müctəba Dəmirçilu
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfiri