İran İslam Respublikasının səfiri ilə Azərbaycan Tibb Universitetinin rektoru arasında görüş keçirilib
İran İslam Respublikasının səfiri Müctəba Dəmirçili ilə Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli arasında keçirilən görüşdə iki ölkənin tibb universitetləri arasında elm, təhsil və tədqiqat sahələrində əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb. Görüş zamanı bu istiqamətdə iqtisadi, elmi və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyasının potensialından səmərəli istifadə olunmasının vacibliyi vurğulanıb.