İranın Müdafiə naziri Bakıya rəsmi səfər edib
İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri, briqada generalı Əziz Nəsirzadənin rəhbərlik etdiyi nümayəndə heyəti 6 fevral 2026-cı il tarixində Bakıya rəsmi səfərə gəlib. Səfər çərçivəsində general Nəsirzadə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilib. Bundan əlavə, nazirlər səviyyəsində keçirilən görüşdə general-polkovnik Zakir Həsənovla ikitərəfli əməkdaşlığın perspektivləri və regional təhlükəsizlik ətrafında geniş fikir mübadiləsi aparılıb.