News Agency:Xəbərlər
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Qəzzada atəşkəs planı ilə bağlı bəyanatı
.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Qəzzada atəşkəs planı ilə bağlı bəyanatı İran İslam Respublikasının Xarici İşlər Nazirliyi “Soyqırımın qarşısının alınması və cəzalandırılması haqqında Birləşmiş Millətlər Təşkilatının 1948-ci il Konvensiyası”na uyğun olaraq Qəzzada davam edən soyqırımı ilə mübarizədə beynəlxalq ictimaiyyətin hüquqi və mənəvi məsuliyyətini, habelə hər bir dövlətin müqəddəratını təyin etmək ,qanuni mübarizəsinə kömək etmək üçün hüquqi və mənəvi məsuliyyətini xatırladaraq, sionist rejimin işğal, aparteid və müstəmləkəçilik əsarətindən, etnik təmizləmə, müharibə və  insanlıq əleyhinə cinayətlərin dayandırılmasını təmin edən və Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququnun bərpasına şərait yaradan bütün təşəbbüsləri dəstəkləmişdir. “İran İslam Respublikası bu planın təhlükəli məqamlarını nəzərə alaraq və xüsusilə sionist rejimin ekspansionist və irqçi planları fonunda vədlərə əməl etməməsi və dəfələrlə vədini pozması və təxribat törətməsinə qarşı bir daha xəbərdarlıq edərək, bununla bağlı istənilən qərarı Fələstin xalqı və müqavimətinin səlahiyyətində hesab edir və soyqırımının dayandırılması, sionist işğalçı ordusunun Qəzzadan çıxarılması, Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququna hörmət edilməsi, humanitar yardımların ölkəyə daxil olması və Qəzzanın yenidən qurulması ilə bağlı, hər hansı qərarını alqışlayır. Qəzzada soyqırım və cinayətlərin dayandırılması dövlətlərin və beynəlxalq səlahiyyətli qurumların sionist rejimin cinayətlərini qanuni və məhkəmə yolu ilə təqib etmək, Qəzza zolağında müharibə cinayətləri, soyqırım və insanlığa qarşı cinayətlər törədənləri müəyyənləşdirib mühakimə etmək məsuliyyətini inkar etməyəcək.  İran İslam Respublikası Qəzzanın məzlum xalqına təcili humanitar yardımın göndərilməsi üçün əsasların təmin ediləcəyinə ümid etdiyini bildirməklə yanaşı, bu məsələdə iştirak etməyə hazır olduğunu bəyan edir.
© 2019 - economy@mfa.ir