İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Cənab Müctəba Dəmirçilu, 4 Sentyabr 2025-ci il tarixində Bakıda yerləşən Əfqanıstan səfirliyində baş tutmuş anım mərasimində iştirak edərək öz başsağlıqlarını anım kitabında qeyd edib. Səfirimiz bu üzücü hadisə münasibətilə Əfqanıstan hökumətinə və xalqına, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralananlara isə tezliklə şəfa diləyib.