Xarici İşlər Nazirliyinin mətbuat katibi mətbuat konfransında:
Cənubi Qafqaz bölgəsi İran üçün geosiyasi, siyasi, iqtisadi və qonşuluq münasibətləri baxımından son dərəcə əhəmiyyətlidir. Ona görə də təbii olaraq biz, oradakı hadisələri hər hansı şəkildə formalaşdıra və ya təsir edə biləcək proseslərdə iştirak edirik.
Həm Azərbaycan, həm də Ermənistanla yaxın təmasda olmuşuq; Ermənistan xarici işlər nazirinin sabah Tehrana səfəri də bu çərçivədədir.
Bu gün Ermənistanın baş naziri, məhz həmin proseslər barədə məlumat vermək üçün Prezidentlə telefon danışığı olacaq.
Ermənistan, İran İslam Respublikası üçün uyğunsuz və ya narahatlıq doğuran istənilən addımdan çəkinəcəkdir.
Qeyri-regional güclərin müdaxiləsini biz heç bir şəkildə və heç bir formada bu bölgənin təhlükəsizliyi və sabitliyi üçün faydalı hesab etmirik; bu məsələdə etirazımızı açıq şəkildə bildirmişik və Ermənistan rəsmiləri ilə gələcək təmaslarımızda da bunu çox aydın şəkildə ifadə edəcəyik.
Biz Cənubi Qafqaz regionundakı qonşu ölkələrlə sıx əlaqə saxlamışıq və saxlayırıq. Həm Azərbaycan, həm də Ermənistanla yaxşı münasibətlərimiz var. Biz qonşuluq və qarşılıqlı fayda əsasında qurulan dostluq əlaqələrinə böyük əhəmiyyət veririk
Sülh sazişinin imzalanması məsələsinə gəldikdə isə, bu, yeni bir mövzu deyil. Əgər yadınızdadırsa, əvvəlki danışıqlarda biz hər iki tərəfi sülh sazişinin imzalanmasına dəvət etmişdik.
Biz hesab edirik ki, bu saziş Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olunmasında dönüş nöqtəsi ola bilər.
Bu gün və sabah da İran və Ermənistan rəsmiləri arasında yüksək səviyyəli məsləhətləşmələr aparılacaq ki, məsələnin mahiyyəti barədə daha dəqiq məlumat əldə edək və ehtiyac yaranarsa, öz qeydlərimizi və narahatlıqlarımızı onlarla bölüşək.
Biz heç bir halda Ermənistanla sərhədin bağlanmasını qəbul etmirik.
Zəngəzurun ABŞ-a 99 il müddətinə icarəyə verilməsi iddiasının heç bir əsası yoxdur və xəbər xarakteri daşıyır.