News Agency:Xəbərlər
İran və Azərbaycan arasında anlaşma memorandumu imzalanıb.
İran və Azərbaycan Respublikasından olan iki beyin mərkəzinin rəhbərləri və ekspertlərinin aktual regional və beynəlxalq məsələlərlə bağlı #231ıxışları və iki beyin mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması bu iclasın əsas proqramlarından olub.
May ayının 6-da Bakıda İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzi ilə Azərbaycan Respublikasının Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi arasında birgə iclas keçirilib. İran və Azərbaycan Respublikasından olan iki beyin mərkəzinin rəhbərləri və ekspertlərinin aktual regional və beynəlxalq məsələlərlə bağlı çıxışları və iki beyin mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması bu iclasın əsas proqramlarından olub. İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri və xarici işlər nazirinin müavini doktor Səid Xətibzadə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşüb. Görüş çərçivəsində ikitərəfli münasibətlər və beynəlxalq məsələlər barədə müzakirələr aparılıb. İran İslam Respublikasının xarici işlər nazirinin müavini, İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri doktor Səid Xətibzadə və Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini Yalçın Rəfiyev Bakıda görüşərək, müzakirələr aparıblar.
© 2019 - economy@mfa.ir