News Agency:Xəbərlər
İran və Azərbaycan arasında 15 milyon ton tranzitə nail olmaq üçün yol xəritəsi hazırlanmalıdır
Azərbaycan Respublikası Baş nazirinin müavini ilə görüşdə İran İslam Respublikasının Yol və Şəhərsalma Naziri 15 milyon ton tranzit hədəfinə nail olmaq üçün yol xəritəsinin hazırlanmasının vacibliyini vurğulayıb.
  Yol və Şəhərsalma Naziri Fərzanə Sadiq Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev ilə birgə görüşdə iki ölkənin dərin tarixi və mədəni əlaqələrini ikitərəfli əlaqələrin inkişafına dəyərli töhvə verdiyini bildirib və iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsinin, İran İslam Respublikasının xarici siyasətində yüksək mövqeyə malik olduğunu vurğulayıb.   Əminəm ki, bu əlaqələr gələcəkdə sizin səylərinizlə və iki ölkənin maraqlarına uyğun olaraq daha da inkişaf edəcəkdir – deyə Fərzanə Sadiq bildirib.   İran və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın həmsədri, Azərbaycan Respublikasının Tehranda səfirliyinin yenidən açılmasından məmnunluğunu ifadə edərək, iki ölkə arasında bütün sahələrdə əlaqələrin inkişafına hazır olduğunu vurğulayıb.   Fərzanə Sadiq daha daha sonra bildirib: Biz əməkdaşlığın bütün sahələrini nəzərdən keçirmək üçün Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi və ticarət sahələri üzrə Dövlət Komissiyasının 16-ci iclasının mümkün qədər tez Tehranda keçirməyə hazırıq.   Yol və Şəhərsalma Naziri habelə bildirib: Xoşbəxtlikdən, bütün nəqliyyat və logistika sahələrində, o cümlədən infrastruktur layihələrində əməkdaşlıq davam edir.   O, İranın Rəşt-Astara dəmir yolunun tikintisinə başlamasına toxunaraq qeyd edib: “Bu məsələ Şimal-Cənub Dəhlizinin inkişafı üçün dönüş nöqtəsidir və bu marşruta aparan dəmir yolu infrastrukturunun inkişafı üçün Azərbaycan hökumətinin əməkdaşlığı çox önəmlidir.”   Yol və Şəhərsalma Naziri iki ölkə arasındakı yol sahəsində optimal sərhəd imkanlarını vurğulayaraq deyib: “Təklif edirəm ki, gündəlik qəbul edilən donanmaların sayı Astara sərhədində 1000-ə, Biləsuvarda 800-ə, Culfada 700-ə, Poldəştdə 600-ə çatdırılsın.”   O, əlavə edib: İki ölkə arasında nəqliyyat sektorunda əməkdaşlığa dair hərtərəfli memorandum hazırlamaq lazımdır ki, infrastrukturun inkişafı ilə paralel olaraq nəqliyyat axını da sürətlənsin.   Fərzanə Sadiq daha sonra bildirib: Biz növbəti ay ərzində görüş təşkil edə və bu memorandumu hazırlaya bilərik.   Yol və Şəhərsalma Naziri habelə vurğulayıb: İran və Azərbaycan arasında 15 milyon ton tranzitə nail olmaq üçün yol xəritəsi hazırlanmalıdır.   Liman və dəniz əməkdaşlığının inkişafı ilə bağlı o, həmçinin deyib: Yaxın bir ay ərzində əməkdaşlıq memorandumunun layihəsini yekunlaşdırmaq üçün ekspertlərin birgə iclasının keçirilməsi zəruridir.   Fərzanə Sadiq iki ölkə arasında birgə uçuşların artırılmasının vacibliyini qeyd edərək, deyib: “İki ölkə arasında hava nəqliyyatı inkişaf etdirilməlidir. Bu istiqamətdə hər iki ölkədə birgə uçuşların artırılmasına zəmin yaradılmalıdır.”   Qeyd edək ki, bu görüş Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi və ticarət sahələri üzrə Dövlət Komissiyasının sədrləri, İran İslam Respublikasının Yol və Şəhərsalma naziri Fərzanə Sadiq və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin iştirakı ilə, iki ölkə arasında əməkdaşlığın davam etdirilməsi, həmçinin İran və Azərbaycan arasında qarşılıqlı əlaqələrin artırılması məqsədilə keçirilib. https://azerbaijan.mfa.gov.ir/portal/newsview/755079
© 2019 - economy@mfa.ir