News Agency:Xəbərlər
Pezeşkiyan: Sionist rejimin cinayətləri cavabsız qalmayacaq
Tehran - İRNA - Prezident sionist rejimin cinayətlərinin qəbuledilməz olduğunu və cavabsız qalmayacağını bəyan edərək vurğulayıb: “Bu cinayətkar namərdlərə qətiyyətli cavab zəruridir. Tarixi təcrübəyə əsasən azadlıq və oyanış hərəkatları onların adamlarının və şəxsiyyətlərinin terror edilməsi ilə aradan qalxmır onlarla başqa insanlar anti-zülm və ədalət bayrağını qaldırmağa hazırdırlar.”
    Doktor Məsud Pezeşkiyan 29 sentyabr bazar günü, günortadan sonra keçirilən hökumət heyətinin iclasında Livan Hizbullah Hərəkatının Baş katibi böyük mücahid Seyid Həsən Nəsrullahın şəhadəti ilə bağlı başsağlığı verib və qəddar sionist rejimin bu cinayətini qəti şəkildə pisləyərək deyib: “Belə bir cinayət bir daha sübut etdi ki, bu cinayətkar rejim heç bir beynəlxalq qayda-qanunlara əməl etmir. İranın şəhid Həniyyənin terror edilməsinə cavab verməməsi müqabilində atəşkəs vəd edən ABŞ və Avropa ölkələri rəhbərlərinin iddiaları tamamilə yalan çıxdı. Belə cinayətkarlara fürsət verilməsi onları daha çox cinayət törətməyə cürətləndirəcək.”   Prezident çıxışının davamında Amerika telekanalına müsahibəsində Livan Hizbullahının sionist rejimlə müharibədə tək qalmamasının zəruriliyini bildirməsinə və bunun mediada geniş işıqlandırılmasına toxunaraq deyib: “İndi də inanıram ki, livanlı mübarizləri və mücahidləri bu döyüşdə tək buraxmaq olmaz. Çünki əks təqdirdə bu qəddar rejim növbə ilə müqavimət oxunun ölkələrinə təcavüz edəcək, günahsız qadın və uşaqları qətlə yetirəcək.”   Pezeşkiyan sionist rejimin bölgədəki vəhşilikləri qarşısında Ərəb və İslam ölkələrinin ağır məsuliyyət daşıdığını vurğulayaraq deyib: “İslam ölkələri bu rejimin cinayətkarlığına biganə qalmamalıdır. Çünki bu gün dünyada müharibənin, təhlükənin, qətlin əsas cinayətkarının və səbəbkarının kim olduğu bütün dünya insanlarına sübuta yetib!”   Prezident Qərb mediasının sionist rejimin açıq-aşkar terrorizminə qarşı ikili davranışını kəskin tənqid edərək deyib: “Ölkəmizi ittiham etmək üçün İranda baş verən ən xırda hadisələri mümkün qədər böyüdən media bu böyük cinayətləri necə görmür və özünü yatmışlığa vurub?”
© 2019 - economy@mfa.ir