“Bağışlayan və mehriban Allahın adı ilə”
İran İslam Respublikasının Bakıdakı səfirliyi, 14-cü prezident seçkilərinin birinci turunda Azərbaycan Respublikasında yaşayan əziz İranlıların iştirakını yüksək qiymətləndirməklə yanaşı, sözügedən seçkilərin keçirilməsi üçün münasib şəraitin və platformanın yaradılmasında göstərdiyi əməkdaşlığa və yardıma görə Azərbaycan Respublikası hökumətinə dərin minnətdarlığını bildirir.
Seçkilərin ikinci tura keçirilməsi ilə əlaqədar olaraq bildirmək istəyirik ki, Azərbaycan Respublikası hökumətinin razılığı ilə 14-cü prezident seçkilərinin ikinci turu, 2024-cü il iyulun 5-də (15 tir 1403-cü il), cümə günü saat 8:00-dan 18:00-dək, Şərifzadə küç. 269 (İnşaatçılar metrosunun yanı) ünvanında yerləşən səfirliyin konsulluq şöbəsinin binasında keçiriləcək.
Azərbaycan Respublikasında yaşayan hörmətli həmvətənlərimizi bu milli və həmrəylik tədbirində iştirak etməyə dəvət edirik.