Azərbaycan Respublikası Baş nazirinin müavininin cənab Pezeşkianla görüşündə bunlar bildirilib;
.
Prezident, İran və Azərbaycan arasında ticarət, enerji və nəqliyyat sahələrində əldə olunan razılaşmalara və həyata keçirilən birgə layihələrə toxunaraq vurğulayıb: “Bu əməkdaşlığın davam etdirilməsi və səviyyəsinin gücləndirilməsi, İran İslam Respublikası və Azərbaycan Respublikasını bir-biri üçün strateji tərəfdaşa çevirəcək.”
Prezident Məsud Pezeşkiyan bugün, çərşənbə axşamı İran və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə 16-cı Birgə Komissiyada iştirak etmək üçün nümayəndə heyətinin müşayiəti ilə Tehrana səfər edən Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevlə görüşündə iki ölkə arasındakı münasibətləri qardaşlıq, dostluq, dini və qohumluq əlaqələrinə əsaslanan münasibətlər kimi qiymətləndirərək deyib: “İran və Azərbaycan ölkələri və xalqları arasında sıx əlaqələr coğrafi sərhədləri aşır və bu əlaqələr həmişə davam edib və edəcəkdir.”
Prezident, İran İslam Respublikasının xarici siyasətində Azərbaycan Respublikasının xüsusi mövqeyinə toxunaraq qeyd edib: “İran İslam Respublikası qonşu və müsəlman ölkələrlə münasibət və qarşılıqlı əlaqələri inkişaf etdirməyi öz gündəmində prioritet siyasət kimi qəbul edir. Bu arada Azərbaycanla əlaqələr bizim üçün xüsusi əhəmiyyət kəsb edir və biz iki ölkə arasında bütün sahələrdə əlaqələri genişləndirməyə çalışırıq.”
Prezident, İran və Azərbaycan arasında ticarət, enerji və nəqliyyat sahələrində əldə olunan razılaşmalara və həyata keçirilən birgə layihələrə toxunaraq vurğulayıb: “Bu əməkdaşlığın davam etdirilməsi və səviyyəsinin gücləndirilməsi, İran İslam Respublikası və Azərbaycan Respublikasını bir-biri üçün strateji tərəfdaşa çevirəcək.”
Görüşdə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev Prezident İlham Əliyevin səmimi salamlarını cənab Pezeşkiana çatdıraraq qeyd edib: “İki ölkə arasında dini və mədəni ortaqlıqlar, dostluq və qardaşlıq münasibətləri İran və Azərbaycan arasında əlaqələrin möhkəmlənməsi və inkişafı üçün əsas faktor və motivlərdir və hər iki tərəf əlaqələrin genişləndirilməsi üçün yol xəritəsini cızmağa çalışır.”
“Biz inanırıq ki, regionumuzun problemlərinin həlli yalnız region dövlətləri tərəfindən mümkün olacaq və xarici ölkələrin mövcudluğu bu məsələdə bizə kömək etməyəcəkdir” – deyə Baş nazirinin müavini bildirib.
Sonda Azərbaycan Respublikası baş nazirinin müavini, Azərbaycan prezidentinin cənab Pezeşkiana ölkəyə səfərə dəvətini çatdırıb.
..