News Agency:Xəbərlər
Ölkələrimiz arasında Konsulluq məsləhətləşmələrinə dair məlumat
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Bakıya səfəri zamanı Azərbaycan Respublikası Xarici İşlər Nazirinin hörmətli müavini cənab Samir Şərifov və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi cənab Emil Səfərov ilə ayrı-ayrılıqda görüşüb.
Konsulluq məsləhətləşmələri çərçivəsində Cənab Əlirza Məhmudi, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Bakıya səfəri zamanı, Azərbaycan Respublikası Xarici İşlər Nazirinin hörmətli müavini cənab Samir Şərifov və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi cənab Emil Səfərov ilə ayrı-ayrılıqda görüşüb. Danışıqlar zamanı iki ölkə arasında ikitərəfli əlaqələr və konsulluq məsələləri müzakirə edilib.   Məsləhətləşmələrdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Baş Prokurorluq, Bakı Tibb Universiteti, Miqrasiya İdarəsi, Penitensiar Xidmət və Daxili İşlər Nazirliyinin (Narkotiklərlə Mübarizə İdarəsi) rəsmiləri iştirak ediblər. Danışıqlar zamanı konsulluq sahəsində ikitərəfli əlaqələrin inkişaf perspektivləri kimi məsələlər nəzərdən keçirilib. Hər iki tərəf konsulluq əlaqələrini daha da gücləndirmək və iki ölkə vətəndaşlarının qarşılaşdıqları çətinlikləri asanlaşdırmaq əzmində olduqlarını vurğulayıblar.
© 2019 - economy@mfa.ir