Azərbaycan Respublikasının hörmətli Baş naziri cənab Əli Əsədov Tehrana səfəri zamanı İranın Birinci vitse-prezidenti cənab Məhəmməd Rza Areflə görüşüb və yeni hökumət ilə ikitərəfli əməkdaşlığın inkişafını vurğulayıblar.
Birinci vitse-prezident Məhəmməd Rza Aref Azərbaycan Respublikasının Baş naziri ilə görüşdə deyib:
Azərbaycanla əlaqələrin gücləndirilməsi İran İslam Respublikasının ən strateji siyasətlərindən biridir. Bizim aramızda sadəcə coğrafi sərhəd var, amma qardaşlıq üçün heç bir sərhədimiz yoxdur. Sərhədin hər iki tərəfindəki insanlar qardaş, qohum, dostdur və bu dövrdə iki ölkə arasında münasibətlərin səviyyəsini yüksəltmək üçün hansı tədbirlərin görülməsini araşdırmalıyıq.
Şəhid Prezidentin sərhəd layihəsinin açılışı üçün həmin bölgəyə səfər etməsi İran İslam Respublikasının bütün iqtisadi, siyasi, ticarət və ictimai sahələrdə qonşuları ilə strateji əlaqələrə nə qədər dəyər verdiyi mesajını çatdırır və indi biz bu əlaqələri yaxşılaşdırmağa çalışmalıyıq.