17 May 2025
2025/04/21 - 16:01

Tehranda İran İslam Respublikası və Azərbaycan Respublikası arasında Üçüncü konsulluq məsləhətləşmələri keçirilib.

.

Ölkəmizin Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi cənab Şəsti Kərimi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi  cənab Emil Səfərovun sədrliyi ilə Tehranda İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında üçüncü konsulluq məsləhətləşmələri keçirilib.

Konsulluq məsləhətləşmələri zamanı iki ölkə arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti, o cümlədən viza, məhbuslar, sürücülərin üzləşdiyi problemlər, tələbə məsələləri, hüquq-mühafizə və sərhəd sahəsində əməkdaşlıq və gömrük məsələləri üzrə müzakirələr keçirilib.

Eyni zamanda, məsləhətləşmələr çərçivəsində Azərbaycan nümayəndə heyəti İran İslam Respublikasının xarici işlər nazirinin müavini cənab Vəhid Cəlalzadə tərəfindən qəbul edilib. Görüşdə iki ölkə arasında konsulluq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə tərəflər iki ölkə arasındakı münasibətlərin səviyyəsinin yüksəldilməsində maraqlı olduqlarını bildirərək, iki ölkənin tarixi və mədəni ortaqlıqlarını iki qonşu xalq arasında əlaqələrin möhkəmləndirilməsində mühüm tərkib hissəsi olduğunu qeyd ediblər.

متن دیدگاه
نظرات کاربران
تاکنون نظری ثبت نشده است